Absolute background image
Absolute background image

Təhsil paketləri

daha ətraflı

Virtual təhsilə dəstək

daha ətraflı

“Azercell” şirkəti tərəfindən
“Təhsil paketləri”

Təhsil Nazirliyin məsafədən təhsilə dəstək çağırışlarına qoşulan “Azercell” şirkəti pandemiya dönəmində “Microsoft Teams” platforması vasitəsilə distant təhsil alan şagird və tələbələr üçün, eləcə də distant iş rejimində çalışan müəllimlər üçün güzəştli internet paketi təqdim edib. Abunəçilər gündə 0.70 AZN ödəyərək 10 GB həcmində və ayda 9.90 AZN ödəyərək 100 GB həcmində internet paketi sifariş etmək imkanı qazanır. Ətraflı məlumatla "Azercell" şirkətinin rəsmi vebsaytından tanış olmaq mümkündür.
DAHA ƏTRAFLI

“Enginet” şirkəti tərəfindən
“Virtual təhsilə dəstək” layihəsi

“Virtual təhsilə dəstək” layihəsinin məqsədi pandemiya dövründə təhsil sahəsində çalışan insanlara keyfiyyətli virtual tədrisin təşkili üçün tələb olunan alət və texniki dəstəyin göstərilməsidir. Layihə çərçivəsində təhsil işçiləri ödənişsiz olaraq iki ay ərzində 30 MB/s yüksəksürətli genişzolaqlı internet xidməti, İPTV, ödənişsiz qoşulma və istifadə üçün avadanlıqla təmin olunacaqlar. Bununla yanaşı, təqdim edilən xüsusi tarif vasitəsilə müəllimlər pulsuz mobil nömrə əldə edərək, güzəştli rabitə və internet imkanlardan faydalana bilərlər.

Təqdim olunan bütün üstünlük və güzəştlərdən yararlanmaq və “Virtual təhsilə dəstək” layihəsinə qoşulmaq istəyən müəllimlər *1199 nömrəsinə zəng edərək və ya www.birlink.az saytına daxil olaraq ətraflı məlumat əldə edə bilərlər.
DAHA ƏTRAFLI